10 aprel 2026 20:56
113

"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib

Qafqazda, eləcə də Mərkəzi və Qərbi Asiyada inflyasiya əhəmiyyətli dərəcədə azalacaq, lakin yenə də yüksək səviyyədə qalacaq. Proqnozlara görə, subregionda inflyasiya səviyyəsi 2025-ci ildəki 25,6 faizdən 2026-cı ildə 20,6 faizə, 2027-ci ildə isə 16,3 faizə enəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (AİB) məlumat yayıb.

“Bu azalma başlıca olaraq Türkiyədəki vəziyyətlə bağlı olacaq. Belə ki, sərt pul-kredit siyasəti və daxili enerji subsidiyalarının islahatı nəticəsində inflyasiyanın 2025-ci ildəki 35,2 faizdən 2027-ci ildə 21,5 faizə qədər azalacağı gözlənilir. Qazaxıstan və Özbəkistanda sərt və ya ehtiyatlı pul-kredit siyasətinin inflyasiyanı nəzarətdə saxlamağa imkan verəcəyi proqnozlaşdırılır", – bankdan bildirilir.

Ətraflı

Qeyd olunur ki, bu tendensiyalar Qırğızıstan və Tacikistanda kommunal xidmət tariflərinin artırılması, həmçinin Türkmənistanda valyuta məzənnəsinin dalğalanması və xarici qiymət təzyiqləri səbəbindən qiymət artımının daha yüksək olması ilə qismən kompensasiya ediləcək.

“Azərbaycanda inflyasiya 2026-cı ildə dünya bazarında karbohidrogenlərin yüksək qiymətləri fonunda idxalın bahalaşması səbəbindən artacaq, bundan sonra isə 2027-ci ildə onun yenidən yavaşlaması gözlənilir”, – deyə AİB-in məlumatında bildirilir.

Qazaxıstan və Özbəkistanda sərt və ya ehtiyatlı pul-kredit siyasətinin inflyasiyanı nəzarətdə saxlamağa imkan verəcəyi gözlənilir”, – bank bildirilir.