10 aprel 2026 15:15
155

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, MİDA-nın aşağıdakı əməkdaşları təltif edilib:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.