Texnologiyalar insanın fərdiliyini zəiflədir. Dövlət İmtahan Mərkəzində biz bunun əksini sübut etməyə çalışırıq. Texnologiyalar şəffaflığı və imkanların bərabərliyini qoruyur. Bizim “Bunker”, onlayn proktorinq (nəzarət) sistemləri, tapşırıqların generasiyası və qiymətləndirilməsi alqoritmləri prosesin obyektivliyini təmin edən alətlərdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, DİM hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edir: “Rəqəmsal dövrdə yalnız toplanmış biliklərin həcmini qiymətləndirmək artıq kifayət etmir. Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) kimi milli standartların işlənib-hazırlanması, öz kompetensiya modellərimizin yaradılması beynəlxalq peşəkar dialoqa verdiyimiz töhfədir. Əsas prioritetimiz insan mərkəzli yanaşmadır”.
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub