Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, növbəti belə maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında, Gəncə RM tərəfindən Gəncə şəhərində, Göygöl, Daşkəsən, Samux və Şəmkir rayonlarında, Muğan RM tərəfindən Şirvan şəhərində, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında, Cənub RM tərəfindən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sel təhlükəli kəndlərində təşkil olunub.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub