08 aprel 2026 20:20
103

EIA "Brent" neftinin qiyməti ilə bağlı 2026-2027-ci illər üzrə proqnozlarını verib

Mart ayında "Brent" markalı neftin orta spot qiyməti bir barel üçün 103 dollar təşkil edib və 2026-cı ilin ikinci rübündə 115 dollar/barel səviyyəsində pik həddə çatacağı, bundan sonra isə dayandırılmış hasilat həcmlərinin tədricən bərpası ilə azalmağa başlayacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, belə proqnozla ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) çıxış edib.

“Biz proqnoz dövrü ərzində neft qiymətlərində risk mükafatını saxlayırıq, çünki gələcəkdə mümkün tədarük fasilələri ilə bağlı qeyri-müəyyənliyin qiymətləri münaqişədən əvvəlki səviyyədən yüksək saxlayacağını gözləyirik”,- deyə EIA bildirir.

Məlumata görə, 2026-cı ilin dördüncü rübündə "Brent" markalı neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşəcək, 2027-ci ildə isə orta hesabla 76 dollar/barel təşkil edəcək.

“Bu proqnoz əsasən Yaxın Şərqdəki münaqişənin davametmə müddəti və bununla bağlı neft hasilatındakı fasilələrlə bağlı ehtimallarımızdan asılıdır”,- deyə hesabatda qeyd olunur.