07 aprel 2026 17:37
113

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

Aprelin 7-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin edilməsi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə yer alan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR-a və aidiyyəti qurumlara tapşırıqlar verilib.