07 aprel 2026 11:31
125

Ukrayna Xəzər Boru Kəməri Konsorsiumuna 2 milyard ziyan vurub

"Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektlərinə hücum etməklə qırmızı xətləri keçib".

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin keçmiş müşaviri Oljas Baidildinov deyib. 

"Ukrayna Silahlı Qüvvələrinin CPC obyektlərinə hücumu qırmızı xətlərin keçildiyini və beynəlxalq şirkətlərin orada olması heç kimi dayandırmadığını göstərir", - deyə o bildirib. 

Keçmiş müşavirin sözlərinə görə, Ukrayna zərbələrindən dəyən ziyan 2 milyard dolları keçib. Baidildinov vurğulayıb ki, Qazaxıstan Ukrayna münaqişəsi kontekstində dəfələrlə neytrallığını bəyan edib, lakin Kiyev buna əməl etmir.