Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib