Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!" - C. Bayramov paylaşımda qeyd edib.
Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib