27 mart 2026 01:15
88

Ermənistanla Fransa arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

​Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargahın rəisi ordu generalı Vensan Jiro, eləcə də Fransa müdafiə müəssisələrinin nümayəndələri ilə görüşüb.

“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşlər çərçivəsində hərbi sənaye sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Suren Papikyan və Vensan Jiro həmçinin beynəlxalq təhlükəsizlik sahəsində bir sıra məsələlərə toxunublar.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Fransada rəsmi səfərdədir.