Almaniyanın Hamburq şəhərində marşrut avtobusu qəzaya uğrayıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, avtobus yol kənarında park edilmiş iki avtomobillə toqquşduqdan sonra ağaca çırpılıb.
Qəza nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəyə sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu bildirilir.