26 mart 2026 21:52
135

Tramp İranla razılaşma əldə etməkdən narahat olmadığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməkdən narahat olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Kabinetin iclasında deyib.

"Bu gün bir xəbər oxudum ki, razılaşma əldə etmək üçün çox çalışıram. Mənə fərqi yoxdur. Əslində, getməzdən əvvəl vurmaq istədiyimiz başqa hədəflərimiz də var",- deyə Tramp bildirib.