26 mart 2026 17:40
110

Mark Rütte: NATO ölkələri müdafiə imkanlarını gücləndirir

NATO ölkələri müdafiə xərclərini artırır və müdafiə imkanlarını gücləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Mark Rütte Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun 2025-ci il üzrə hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Kanada və Avropa müdafiə sahəsinə investisiyaları əvvəlki illə müqayisədə 20 % artırıb.

Rütte vurğulayıb ki, bu, ötən ilin yayında Haaqada alyansın sammitində qəbul edilmiş qərarlara uyğundur.