26 mart 2026 11:55
101

İstixanadan oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub. Araşdırmalar davam etdirilir.