Hörmüz boğazındakı qeyri-müəyyənliyin bütün qlobal bazarlara və nəqliyyat dəhlizlərinə necə təsir etdiyi nəzərə alınsa, indiki şəraitdə "Orta Dəhliz" layihəsinin əhəmiyyəti daha da artmaqdadır.
“İki sahil” xəbər verir ki, bunu "Report"a Türkiyənin keçmiş vitse-prezidenti, millət vəkili Fuad Oktay bildirib.
O deyib ki, Türkiyə "Orta Dəhliz" layihəsinin mərkəzə çevriləcəyinə və böyük əhəmiyyətə malik olacağına inanır:
"Xüsusilə İran körfəzindən başlayıb İraqdan keçib Türkiyəyə qədər uzanan inkişaf yolu layihəsinin nə qədər kritik olduğunu gördük. Qətərdən və digər neft ölkələrindən boru kəmərlərinin yenə Türkiyə üzərindən digər ölkələrə daşınması ölkəmizin cazibəsini daha da artırır. Bu mənada Türkiyəyə fərqli fürsət pəncərələri açılıb. Amma bunu necə dəyərləndirməmiz başqa söhbətin mövzusudur. Bu baxımdan Zəngəzur dəhlizi və "Orta Dəhliz" Türkiyə üçün əlaqələr baxımından xüsusi əhəmiyyət daşıyır. Ümid edirik ki, bölgədəki qarışıqlıq və xaos uzun sürməyəcək və məsələlər öz həllini tapacaq".
Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik - Azərbaycan Prezidenti
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin