Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib