25 mart 2026 00:19
88

Vasitəçi ölkələr və ABŞ martın 26-da yüksək səviyyəli sülh danışıqları keçirmək niyyətindədirlər

Vasitəçi ölkələr və ABŞ martın 26-da yüksək səviyyəli sülh danışıqları keçirmək niyyətindədirlər və İranın razılığını gözləyirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. "ABŞ və bir qrup regional vasitəçi cümə axşamı günü yüksək səviyyəli sülh danışıqlarının keçirilməsi imkanlarını müzakirə edirlər, lakin onlar hələ də Tehrandan cavab gözləyirlər", - məlumatda bildirilir.

Mənbələrin məlumatına görə, sammit planları təsdiqlənsə, ola bilsin, tədbirdə ABŞ-nin Vitse-prezidenti Jey Di Vens iştirak edəcək. Bununla yanaşı, onlar iddia edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Tehranla yəhudi dövlətinin məqsədlərinə cavab verməyəcək saziş imzalayacağından, xüsusən əhəmiyyətli güzəştləri nəzərdən keçirərək və İrana zərbə endirmək imkanını məhdudlaşdıracağından ehtiyat edir.