Avropa İttifaqında (Aİ) fevral ayında avtomobil satışları illik müqayisədə 1,4% artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Məlumata görə, Aİ ölkələrində yeni minik avtomobillərinin qeydiyyatı 865 437 ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 853 417 idi.
Ayrı-ayrı ölkələr üzrə satışlar fərqli dinamika göstərib. Belə ki, Almaniyada satışlar 3,8%, İtaliyada 14%, İspaniyada isə 7,5% artıb. Fransada isə əksinə, satışlar 14,7% azalıb.
Ümumilikdə, Avropa üzrə (Aİ ölkələri ilə yanaşı İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya daxil olmaqla) fevral ayında satışlar 1,7% artaraq 979,3 min ədədə çatıb. Böyük Britaniyada isə satışlar 7,2% artaraq 90,1 min təşkil edib.
Fevral ayında Aİ-də elektromobillərə tələbat daha sürətlə artıb. Belə ki, bu kateqoriya üzrə satışlar 20,6% yüksələrək 158,28 min ədədə çatıb.
Avtomobil istehsalçıları üzrə nəticələr də fərqli olub. "Volkswagen" qrupunun (Skoda, Audi, Seat, Porsche və s.) satışları 2,6%, "Stellantis"in satışları isə 9,8% artıb. Bununla yanaşı, "Renault" qrupunda satışlar 15,5% azalıb. Premium seqmentdə BMW-nin satışları 4,2%, "Mercedes-Benz"in isə 5,7% geriləyib.
Digər iri istehsalçılar arasında "Toyota" qrupunun satışları 4,8%, "Hyundai" qrupunun isə 3,4% azalıb. ABŞ-nin elektrik avtomobil istehsalçısı "Tesla" isə Aİ-də satışlarını 29,1% artıraraq 13,74 min ədədə çatdırıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Aİ-də avtomobil satışları 1,2% azalaraq 1,665 milyon ədəd olub. Bu dövrdə elektromobillərin bazar payı 18,8%-ə yüksəlib ki, bu da ötən ilin eyni dövründəki 15,2% göstəricisindən xeyli yüksəkdir.
Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb
Sevastopolda yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək