Novruz bayramı münasibətilə martın 23-də Gürcüstanın Batumi şəhərində mədəni tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı iş adamları, tələbələr, xarici qonaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva milli musiqi nümunələri, xalq və bəstəkar mahnıları ifa edib.
Baş Konsulluğun nəzdində fəaliyyət göstərən "Bazar günü" məktəbinin yetirmələri maraqlı kompozisiyalar təqdim ediblər.
Tədbir iştirakçılarına ölkəmizin musiqi və kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradılıb. Qonaqlara zəngin Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident
Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü