24 mart 2026 10:57
97

Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək

Tbilisidə yerləşən Sioni Katedralında dəfn edilən Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın məzarını ziyarət edənlərin sayı azalmır.

“İki sahil” xəbər verir ki, vətəndaşlar hər gün saat 08:00-dan 22:00-dək katedralda patriarxın məzarını ziyarət edə bilərlər. Patriarxal Taxt-tacın qərarı və Senaki və Çxorotsku mitropoliti Şionun xeyir-duası ilə dəfn mərasimləri 40 gün ərzində davam etdiriləcək.

Hazırda məzar ətrafında möhkəmləndirmə işləri davam edir. Təhlükəsizlik səbəbindən ziyarətçilərin məzara yaxınlaşmasına və toxunmasına müvəqqəti məhdudiyyət qoyulub. Bununla belə, ziyarətçilər məzarın yanından keçərək ehtiramlarını ifadə edə bilirlər.

Kilsə nümayəndəsi, protokeş İrakli Nemsadze bildirib ki, insan axını fasiləsiz davam edir. Hələlik məzar tam hazır olmadığı üçün yaxınlaşmaq və toxunmaq mümkün deyil, lakin hər kəs onun yanından keçə bilir.

Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. O, martın 22-də keçirilən vida mərasimindən sonra Sioni Patriarx Katedralında dəfn olunub.