24 mart 2026 10:33
102

ABŞ Yaxın Şərqdə daha bir F-16 qırıcı eskadrilyası yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələri Ovda aviabazasında 12 ədəd F-16 “Fighting Falcon” qırıcısından ibarət əlavə eskadrilya yerləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Military Air Tracking Alliance” məlumat yayıb. Bildirilir ki, həmin bazada artıq 12 ədəd F-22 “Raptor” qırıcısından ibarət başqa bir ABŞ eskadrilyası da mövcuddur.

Hazırda Yaxın Şərqdə ABŞ-ın taktiki aviasiya qüvvələri təxminən 250 təyyarədən ibarətdir. Onların ən böyük hissəsi “Muvafaq Salti” aviabazasında cəmləşib. Burada F-35A “Lightning II”, F-15E “Strike Eagle”, F-16 “Fighting Falcon” və A-10 “Thunderbolt II” daxil olmaqla müxtəlif döyüş təyyarələri yerləşdirilib.

Bundan əlavə, qırıcılar “Prince Sultan” aviabazasında və USS “Abraham Lincoln” aviadaşıyıcısında da yerləşdirilib.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İrana qarşı əməliyyatların başlanmasından etibarən ABŞ hərbi aviasiyası 8000-dən çox döyüş uçuşu həyata keçirib.