24 mart 2026 09:51
125

İran Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün şərtlər müəyyən edib

İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, Yaxın Şərqdəki münaqişə ABŞ İrana qarşı sanksiyaları ləğv edənə  və Tehrana dəyən ziyanı kompensasiya edənə qədər davam edəcək.

“İki sahil” xəbər bu barədə xarici mediaya istinadən xəbər verir.

O, həmçinin vurğulayıb ki, İslam Respublikasına ABŞ-nin gələcək müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq hüquqi zəmanətlər verilməlidir.