ABŞ-nin Texas ştatının Port Artur şəhərində yerləşən "Valero Energy" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "KFDM" telekanalı məlumat yayıb. İlkin məlumata görə, partlayışa nasaz işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir. Hadisə yerindən yayılan görüntülərdə zavod ərazisindən qalın və tünd tüstünün yüksəldiyi müşahidə olunur.
Hələlik xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Qərbi Port Artur sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaq taparaq olduqları yerlərdə qalmaları tövsiyə olunub.
Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb
Sevastopolda yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək