23 mart 2026 21:59
105

İranın Hörmüz boğazı üzərində nəzarətini qəbuledilməzdir - Kris Rayt

İranın Hörmüz boğazı üzərində nəzarəti Vaşinqton üçün qəbuledilməz ssenaridir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində bildirib.

"Dünya ictimaiyyəti heç bir halda yol verməməlidir ki, İran Hörmüz boğazı üzərində nəzarəti həyata keçirsin, bu, son onilliklər ərzində vaxtaşırı olaraq baş verirdi. Boğaz vasitəsilə maneəsiz gəmiçiliyə dair möhkəm təminatlar verəcək elə bir nəticə lazımdır - özü də təkcə Birləşmiş Ştatların maraqları üçün deyil, həm də bütün Fars körfəzi dövlətləri, Asiya və Avropa ölkələri, eləcə də bütün dünya ictimaiyyəti üçün", - Rayt vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.