23 mart 2026 20:52
86

Britaniyadan tərəfdaşlarına ZRK

Böyük Britaniya İranın hücumlarının qarşısını almaq üçün yaxınmənzilli zenit-raket komplekslərini (ZRK) təcili qaydada Yaxın Şərqdəki tərəfdaşlarına göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmer İcmalar Palatasının (aşağı palata) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.

"Biz Bəhreyn ərazisində yaxınmənzilli zenit-raket sistemlərinin sürətləndirilmiş qaydada yerləşdirilməsini həyata keçiririk. Bu məsələ ötən həftəsonu təcili qaydada qaldırılıb. Analoji tədbirlər Küveyt və Səudiyyə Ərəbistanı ilə bağlı da tərəfimizdən görülür", - o bəyan edib.

Starmer həmçinin qeyd edib ki, İranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə hərbi bazasına doğru atdığı raketlər hədəfinə çatmayıb.

"İki raket Dieqo-Qarsiyaya çatmayıb", - Britaniya hökumətinin başçısı vurğulayıb.