Yaxın Şərqdə 9 ölkədə yerləşən 40-dan çox enerji obyekti müharibə nəticəsində ciddi və ya çox ciddi zərər görüb. Bu vəziyyət münaqişə başa çatdıqdan sonra belə qlobal təchizat zəncirlərində pozuntuların davam etməsinə səbəb ola bilər.
AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu gün Kanberra şəhərində çıxışında bildirib.
Diqqətə çatdırıb ki, zərərin miqyası neft yataqlarının, emal zavodlarının və boru kəmərlərinin fəaliyyətini bərpa etməsi üçün müəyyən vaxt tələb olunacağını göstərir.
Üç həftədən çox davam edən Yaxın Şərq münaqişəsi enerji təchizat zəncirində ciddi pozuntular yaradıb. Xüsusilə Hörmüz boğazı demək olar ki, bağlanıb və bu da xam neft, təbii qaz və yanacaq qiymətlərinin kəskin artımına səbəb olub.
Birol bildirib ki, hazırkı böhranın təsiri 1970-ci illərin neft böhranları və 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində baş vermiş qaz böhranının birlikdə təsirinə bərabərdir.
O qeyd edib ki, təkcə neft və qaz deyil, eyni zamanda qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan neft-kimya məhsulları, gübrələr, kükürd və helium kimi sahələrin ticarəti də tamamilə iflic olub. Bu isə dünya iqtisadiyyatı üçün ciddi nəticələr doğuracaq.
Birol əlavə edib ki, xam neftə yüksək asılılığı səbəbindən Asiya bu böhrandan ən çox təsirlənən bölgədir. Çinin yanacaq ixracını azaltmaq barədə qərarına münasibət bildirən Birol qeyd edib ki, qlobal enerji böhranı ilə mübarizə bütün dünya tərəfindən birgə aparılmalıdır.
Azərbaycan nümayəndə heyəti Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumunda iştirak edir
Bakıda “TEI Forum 2026”nın təqdimatı keçirilib: Regionun iddialı iqtisadi platforması təqdim olunub
Azərbaycan Prezidenti: Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır