ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.
“İki sahil” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Şurası məlumat verib. "Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etməklə bağlı hər hansı cəhdi Fars körfəzində və sahil boyu bütün dəniz yollarının, eləcə də kommunikasiya xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən sahildən quraşdırıla bilən üzən minalarla minalanmasına gətirib çıxaracaq", - bəyanatda bildirilib. Müdafiə Şurasından qeyd edilib ki, İrana düşmən hesab edilməyən ölkələr Tehranla koordinasiya əsasında Hörmüz boğazından keçə biləcəklər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana 48 saat vaxt verib və enerji infrastrukturuna zərbələr endirməklə hədələyib. Tehran ultimatumu rədd edib və ABŞ-nin regiondakı obyektlərinə hücum etməyə hazır olduğunu bəyan edib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək