Ukraynanın Kiyev vilayətinin Buça şəhərində martın 23-ü səhər saatlarında çoxmənzilli yaşayış binasının yaxınlığında iki partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Kiyev Vilayət Şəhər Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin teleqram hesabına və Kiyev vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, polis baş verənləri terror aktı kimi qiymətləndirib. "Bu gün səhər saatlarında Buçada çoxmənzilli yaşayış binasının yaxınlığında naməlum əşyanın partlayışı baş verib. Partlayış nəticəsində binadakı pəncərələrin şüşələri zədələnib", - N.Kalaşnik qeyd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən ikinci partlayış baş verib, nəticədə iki polis əməkdaşı yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Hadisə yerində polis, partlayış üzrə mütəxəssislər və xilasedicilər işləyirlər. Ərazi əhatəyə alınıb, yoxlamalar davam edir.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək