Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib.
“İki sahil” xəbər verir ki, 10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların 99 faizi Thonqlun Sisulitin namizədliyini dəstəkləyib. Milli Assambleya Soneksay Siphandonu isə Baş nazir vəzifəsinə seçib. Martın 27-dək davam edəcək sessiyada ölkə gündəmindəki ən vacib məsələlərə dair qərarlar qəbul ediləcək.
Qeyd edək ki, 81 yaşlı Thonqlun Sisulit keçmiş SSRİ-də və Vyetnamda təhsil alıb, müxtəlif illərdə xarici işlər nazirinin müavini, əmək və sosial rifah naziri, xarici işlər naziri, Baş nazirin müavini vəzifələrində işləyib. O, 2016-cı ildə Baş nazir, 2021-ci ildə isə əvvəlcə Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ardınca Prezident seçilib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək