Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak üçün Xorvatiyaya səfər edəcək.
“İki sahil” xəbər verir ki, Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, Xorvatiyanın Zaqreb şəhərinə səfər martın 24-dən 26-dək davam edəcək. Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq" mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.
Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident
Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir
Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü