Rusiya gecə saatlarında Ukraynaya "Shahed", "Gerbera" və "İtalmas" tipli 251 zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən 234 PUA vurulub. Bununla yanaşı, 11 məkanda 17 zərbə dronunun hədəfə dəyməsi, eləcə də səkkiz məkanda qalıqların düşməsi qeydə alınıb.
Baş Qərargahdan bildirilib ki, hücum davam edir və hava məkanında bir neçə PUA qalmaqdadır.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib