23 mart 2026 10:50
103

Pakistan müstəqillik əldə etməsinin 79-cu ildönümünü qeyd edir

Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə milli himnin sədaları altında dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim keçirilib.

“İki sahil” xəbər verir ki,  bu gün Pakistan müstəqillik əldə etməsinin 79-cu ildönümünü qeyd edir. Mərasim zamanı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin göstərilən diplomatik dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Cammu və Kəşmir məsələsində bizimlə həmrəy olduğuna görə Azərbaycana minnətdarıq". Diplomat, həmçinin Yaxın Şərq və Cənub-Şərqi Asiyadakı mürəkkəb vəziyyətə diqqət çəkib və xüsusi olaraq Əfqanıstan ərazisindən qaynaqlanan terror təhdidləri probleminə toxunub.

O vurğulayıb ki, Cammu və Kəşmir problemi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini tapmayana qədər Cənubi Asiyada davamlı sülh qeyri-mümkündür: "Biz azadlıq uğrunda mübarizə aparırıq. Buna görə də dəyişməz diplomatik və mənəvi dəstəyinə görə Azərbaycana bir daha təşəkkür edirəm".