Son 20 ilin ən güclü daşqınlarından birinə səbəb olan leysan yağışlar nəticəsində 2000-dən çox Havay sakini elektriksiz qalıb.
“İki sahil” “Associated Press” agentliyinə istinadla xəbər verir ki, leysan yağışlar bir həftə əvvəl baş verən qış fırtınasından sonra yağıb, nəticədə yaranan sellər evləri və avtomobilləri aparıb. Səlahiyyətlilər bildirirlər ki, ümumi ziyan 1 milyard dolları keçə bilər. Bu ziyana yolların, hava limanlarının, məktəblərin və xəstəxanaların zədələnməsi də daxildir. Daşqınlar Honolulunun şimalında 5500 nəfərin təxliyəsinə səbəb olub, lakin sonradan bu göstəriş ləğv edilib. Xilasedicilər suyun sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təhlükəsiz yerə təxliyə ediblər. Tələfat barədə məlumat verilməyib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib