23 mart 2026 09:59
105

ABŞ Ukraynaya kəşfiyyat məlumatları ilə dəstəyini davam etdirir

ABŞ Ukraynaya kəşfiyyat məlumatları ilə dəstəyini davam etdirir və Avropalı tərəfdaşlarla birlikdə ölkəyə silah tədarükünü təmin edir.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “CBS News”a müsahibəsində bildirib. “ABŞ Ukrayna ilə bağlı yenidən həyati-əhəmiyyətli kəşfiyyat dəstəyi göstərir və Avropalılarla birlikdə silah tədarükünü təmin edir ki, bu da Ukraynanın Rusiyaya qarşı mübarizəsini davam etdirməsinə və Kiyevin lazım olan hər şeyə malik olmasına zəmanət verir”, - deyə Rütte qeyd edib. Rütte həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişi bağlamaq istəyir.

Qeyd edək ki, martın 19-da Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu öz sursatlarından Ukraynaya tədarük etmək əvəzinə, ilk növbədə öz ehtiyacları üçün istifadə etməlidir.