23 mart 2026 09:45
116

“Mançester Siti” tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb

Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, final qarşılaşmasında “Arsenal” və “Mançester Siti” komandaları üz-üzə gəliblər. Londonda yerləşən “Uembli” stadionunda keçirilən görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da “Mançester Siti” tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb.