Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" aviaşirkətinin təyyarəsi Nyu-Yorkun (ABŞ) La-Quardiya hava limanına eniş edərkən nəqliyyat vasitəsi ilə toqquşub.
“İki sahil” xəbər verir ki, bu barədə "FlightRadar24"ə istinadən "Reuters" məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) hava limanında bütün uçuşların və enişlərin Qrinviç vaxtı ilə saat 05:30-dək (Bakı vaxtı ilə 09:30-dək) dayandırılması mənasına gələn "ground stop" rejimi tətbiq edib. Qeyd edilib ki, hava limanı Qrinviç vaxtı ilə 18:00-a (Bakı vaxtı ilə 22:00-a) qədər bağlı qala bilər. Agentlik, həmçinin bildirib ki, sosial şəbəkələrdəki videolarda təyyarənin burun hissəsinin zədələndiyi görünür.
"Air Canada" aviaşirkəti, FAA və Nyu-Yorkun yanğınsöndürmə xidməti hələlik sorğulara cavab verməyib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib