23 mart 2026 08:58
103

Çin orbitə yeni “CentiSpace-2” peyklərini buraxıb

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “CentiSpace-2” peyklərinin Yer kürəsinin aşağı orbitinə uğurla buraxıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, raket buraxılışı Sarı dənizdə yerləşən Haiyang Peyk Buraxılış Mərkəzindən “Jielong-3” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

“CentiSpace” seriyalı peyklər aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemlərini gücləndirmək üçün siqnallar ötürmək məqsədilə hazırlanıb. Yanvar ayında “Galactic Energy” şirkəti dörd “Tianqi” telekommunikasiya peykini uğurla orbitə çıxarıb Bundan əvvəl “South China Morning Post” qəzeti Çin alimlərinin kosmik peykləri sıradan çıxara bilən “TPG1000Cs” mikrodalğalı silah hazırladıqlarını yazmışdı. Bildirilir ki, sistemin gücü 20 giqavattdır və bu cür texnologiya artıq bəzi mənbələr tərəfindən “Starlink” üçün potensial təhlükə kimi qiymətləndirilir.