Samoa paytaxtı Apiadan (Upolu adası) 204 km cənub-qərbdə, Sakit okeanda 5,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 km şimal-şərqdə yerləşib. Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "çox güclü" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 5,9 bal olaraq qiymətləndirib, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib