23 mart 2026 02:06
108

"Qatar Airways" təyyarələrinin bir hissəsini müvəqqəti olaraq İspaniyada yerləşdirir

Qətərin "Qatar Airways" milli aviaşirkəti bölgədəki mövcud vəziyyətlə əlaqədar olaraq, bəzi təyyarələrini müvəqqəti olaraq Doha xaricindəki hava limanlarına köçürür.

“İki sahil” xəbər verir ki, bu barədə "Doha News" xəbər portalı bildirib.

Aviaşirkətin mətbuat xidməti qeyd edib ki, uçuş fəaliyyəti normal səviyyəyə qayıtdıqdan sonra təyyarələr uçuşlara xidmət göstərməyə qayıdacaqlar.

"Qatar Airways" şirkəti "mövcud əməliyyat mühitinin dinamik vəziyyətini" əsas gətirərək, xaricdə park edilmiş təyyarələrin dəqiq sayını açıqlamaqdan imtina etdi.

"Flightradar" servisinin məlumatına əsasən, son bir neçə gündə təxminən 20 Qatar Airways təyyarəsi İspaniyanın Teruel hava limanına yönləndirilib. Teruel hava limanı Avropanın ən böyük təyyarə təmiri və uzunmüddətli saxlama mərkəzlərindən biridir.