2026-cı il bələdiyyə seçkilərinin ikinci turunda seçici fəallığının təxminən 57 faiz olduğu bildirilir. Bu göstərici 2020-ci ildə COVID-19 pandemiyası dövründə qeydə alınan səviyyədən yüksək olsa da, 2014-cü illə müqayisədə daha aşağıdır.
“İki sahil” xəbər verir ki, “Ipsos-BVA” sorğu mərkəzinin hesablamalarına görə, bu nəticə 12 il əvvəl keçirilmiş ikinci turun yekun iştirak səviyyəsindən beş faiz bəndindən çox aşağıdır.
Paris meri vəzifəsinə yenidən solçu namizəd seçilib. Emmanuel Qrequar bələdiyyə seçkilərinin ikinci turunda Rachida Datini açıq fərqlə qabaqlayaraq paytaxt rəhbərliyini qazanıb.
Keçmiş mer müavini Emmanuel Qrequar səslərin 53,1 faizini toplayıb. “Ipsos-BVA–Cesi” mühəndislik məktəbinin “France Télévisions”, “Radio France” və “LCP–Public Sénat” üçün hazırladığı proqnoza əsasən, sağçı namizəd Rachida Dati 38 faiz nəticə ilə geridə qalaraq mer postunu qazana bilməyib.
Beləliklə, Parisdə siyasi balans dəyişməz qalaraq, sol qüvvələrin nəzarətində davam edir.