22 mart 2026 23:58
129

Saatlıda mübahisə qanla bitib

Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

Hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Söhbətov Rizvan Məmmədağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

"Report"