22 mart 2026 17:45
128

İrandan Təl-Əvivə raket hücumu: Yaralananlar var

İranın səhər saatlarında Təl-Əviv və ətraf ərazilərə endirdiyi raket zərbələri nəticəsində azı 15 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi milli təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, bir kişi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 14 nəfər isə yüngül xəsarətlər alıb.

İsrail Müdafiə Ordusu səhər saatlarında ölkənin mərkəzi hissəsinə İran ərazisindən dörd raket hücumunun qeydə alındığını bildirib. Təl-Əviv və ətrafında üç dəfə hava həyəcanı elan olunub.

Şəhərin müxtəlif rayonlarında, o cümlədən mərkəzində vurulan raketlərin qalıqlarının düşməsi faktları qeydə alınıb.