22 mart 2026 17:22
99

Kaya Kallasla Abbas Əraqçi regional və qlobal təhlükəsizliyi müzakirə ediblər

ABŞ və İsrailin İrana hücumları və İslam Respublikasının bölgədəki ölkələrə hava zərbələri regional sabitliyə, qlobal təhlükəsizliyə təsir edir.

“İki sahil” "Khabar Fouri"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas telefon danışığında müzakirə ediblər.

Söhbət zamanı müharibənin humanitar nəticələri ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.