Almaniyanın Raynland-Pfalts əyalətində parlament seçkiləri keçirilir.
“İki sahil” xəbər verir ki, 4,1 milyondan çox əhalisi olan əyalətdə üç milyon nəfər səsvermə hüququna malikdir. Seçkilərdə əsas mübarizə Sosial Demokratlar Partiyası (SPD) ilə hazırkı Kansler Fridrix Mertsin liderlik etdiyi Xristian Demokratlar İttifaqı (CDU) arasında aparılır.
Almaniyanın Fransa, Belçika ve Lüksemburq ilə sərhədində yerləşən bu əyalətdə 35 ildir SPD əsas partiya mövqeyindədir. Beş il əvvəl keçirilmiş seçkilərdə SPD 35,7, CDU 27,7, Yaşıllar 9,3, AfD 8,3, FDP 5,5 faiz səs toplamışdı. Hazırda əyalətdə SPD, Yaşıllar və Azad Demokratlar Partiyasından (FDP) ibarət koalisiya hakimiyyətdədir.
Xatırladaq ki, martın 8-də Baden-Vürttemberq əyalətində keçirilən seçkilərdə Yaşıllar partiyası CDU-ya qalib gələrək birinci partiya olmuşdu. Bu il Almaniyada daha üç əyalətdə parlament seçkiləri keçiriləcək. Sentyabrda Berlin, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhalt əyalətlərində seçkilər təşkil olunacaq.