22 mart 2026 15:21
188

Naxçıvanda restoranda yanğın baş verib

Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə yanıb.

Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.