22 mart 2026 14:55
105

Qətərdə helikopter qəzasında 7 nəfər həlak olub

Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.

Helikopterin qəzaya uğraması nəticəsində həlak olanlar arasında 3 Türkiyə vətəndaşı da var. Məlumata görə, həlak olanlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, ikisi isə ASELSAN şirkətinin texniki işçiləri olub.