22 mart 2026 13:25
79

30 milyon avroluq təklif

“Liverpul” yay transfer pəncərəsində “Barselona”nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq istəyir.

“İki sahil” xəbər verir ki, İngiltərə klubu uruqvaylı futbolçu üçün 30 milyon avroluq təklif hazırlayır.

Məlumata görə, Arauxoya “Bayern” və “İnter” klubları da maraq göstərir.