22 mart 2026 10:20
143

Son gündə üç idmançımız yarışacaq

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.

Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qadınlar arasında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O bu raundda Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş, 1 bürünc medal var.