Səudiyyə Ərəbistanı Krallığındakı İran səfirliyinin hərbi attaşesi, onun köməkçisi və diplomatik nümayəndəlikdə çalışan digər üç əməkdaşı “arzuolunmaz şəxslər” (persona non-grata) elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib.
“İki sahil” Səudiyyə Ərəbistanı XİN-in bəyanatına istinadla xəbər verir ki, bu addım İranın bəzi ərəb və digər islam ölkələrinə qarşı davamlı təcavüzü fonunda atılıb.
Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı Krallığı bu təcavüzü şiddətlə qınayır və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz suverenliyini, sabitliyini, ərazi bütövlüyünü və hava sərhədlərini, vətəndaşlarını, orada yaşayan digər vətəndaşları, öz maraqlarını qorumaq üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək