21 mart 2026 22:47
114

Oğuzda ata oğluna xəsarət yetirdi

Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə martın 21-də, saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.

Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.